Naxçıvanın yeni təhsil naziri kollektivə təqdim olunub
Far.Az xəbər saytı

Naxçıvanın yeni təhsil naziri kollektivə təqdim olunub


Naxçıvan Muxtar Respublikasının (MR) yeni təhsil naziri Ovni Mehbalı oğlu Muradov kollektivə təqdim olunub.

"Far.Az"un yerli bürosu xəbər verir ki, nazirin təqdimat mərasimində muxtar respublikanın Baş naziri Cabbar Musayev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin Naxçıvanda təhsil siyasətinin həyata keçirilməsində əsas istiqamət kimi müəyyənləşdirildiyi vurğulanıb.

O.Muradov çıxışında dövlət başçısının müəyyən etdiyi təhsil siyasətinin əsas istiqamətlərinin millətin gələcəyinin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq, Prezident tərəfindən qarşıya qoyulan vəzifələrin dürüstlük, şəffaflıq və peşəkarlıq prinsipləri əsasında həyata keçirilməsi üçün çalışacağını bildirib.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər