44 günlük müharibə və antiterror əməliyyatı tarixi ədalətsizliyə son qoydu - RƏY
Far.Az xəbər saytı

44 günlük müharibə və antiterror əməliyyatı tarixi ədalətsizliyə son qoydu - RƏY


Vətən müharibəsində qazanılan Zəfər, antiterror əməliyyatı ilə Azərbaycanın suverenliyinin bərpa olunması tarixi ədalətsizliyə son qoydu.

"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elnarə Akimova deyib.

O qeyd edib ki, Azərbaycan xalqının Qarabağ yaddaşı onilliklər boyu müharibə, itki, məcburi köçkünlük və doğma torpaqlara qayıtmaq ümidi ilə yoğrulub.

Elnarə Akimova
"Birinci Qarabağ müharibəsi nəticəsində minlərlə insan həyatını itirdi, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlərimiz işğal altında qaldı. Dağıdılmış yaşayış məntəqələri, məhv edilmiş tarixi-mədəni irs və Xocalı faciəsi xalqımızın yaddaşında silinməz izlər buraxdı", - E. Akimova deyib.

Deputat xatırladıb ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır:

"Yeni yollar, yaşayış məhəllələri, məktəblər, xəstəxanalar və digər infrastruktur obyektləri inşa olunur, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı həyata keçirilir. Bir vaxtlar dağıdılmış və boş qalmış ərazilərdə yenidən həyat canlanır. Amma qurulan hər yeni evin, çəkilən hər yolun, yenidən həyat qayıdan hər kəndin arxasında bir tarix dayanır. O tarixin ən ağrılı səhifəsində şəhidlərin adları yazılıb".

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Zəfər muzeyinin açılışı olub
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər