Ermənistan və Aİ əməkdaşlıq məsələlərini və Azərbaycanla sülh prosesini müzakirə edib
Ermənistan Avropa İttifaqının (Aİ) nümayəndə heyətinə Azərbaycanla sülhün institutsionallaşdırılması istiqamətində addımları və regional əməkdaşlıq imkanlarını təqdim edib.
"Far.Az" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun nümayəndələri ilə görüşünün yekunlarına əsasən Ermənistan XİN-dən bildirilib.
Görüş zamanı Ermənistan-Aİ tərəfdaşlıq gündəliyi, Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin (CEPA), eləcə də Strateji Tərəfdaşlıq Gündəliyinin həyata keçirilməsi müzakirə olunub.
Tərəflər həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığı, "Connectivity Partnership", nəqliyyat infrastrukturu sahəsində Ermənistan və Aİ-nin tərəfdaşlıq proqramını, o cümlədən Ermənistanın regional nəqliyyat şəbəkələrinə inteqrasiyasını müzakirə ediblər.
Görüşdə Ermənistan tərəfi Azərbaycanla sülhün institutsionallaşdırılması istiqamətində addımları və regional əməkdaşlıq imkanlarını təqdim edib.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Bakıya gəlmək istəyən erməni tankları
-
"44" bədii filminin növbəti tizeri yayımlanıb













