Yuxusuzluq insult riskini 26 faiz artıra bilər – Alimlərdən yeni araşdırma
Yuxu pozğunluğu ilə insult riski arasında əlaqə olduğu müəyyənləşib. Alimlərin apardığı araşdırmaya görə, yuxusuzluqdan əziyyət çəkən insanlarda insult ehtimalı daha yüksəkdir.
BAKU.WS xəbər verir ki, Bolonya Neyroloji Elmlər İnstitutunun mütəxəssisləri müxtəlif tədqiqatların nəticələrini təhlil ediblər. İnsultla bağlı analizə 1,3 milyondan çox insanın məlumatları daxil edilib.
Nəticələrə əsasən, yuxusuzluğu olan şəxslərdə insult riski belə problemi olmayanlarla müqayisədə 26 faiz yüksək olub. Həmçinin yuxu pozğunluğu olan şəxslərin müxtəlif səbəblərlə xəstəxanaya yerləşdirilmə ehtimalının 28 faiz artdığı müəyyən edilib.
Tədqiqatçılar yuxusuzluğun demensiya, xüsusilə Alzheimer xəstəliyi, depressiya və digər sağlamlıq problemləri ilə də əlaqəli ola biləcəyini bildiriblər.
Mütəxəssislər isə vurğulayıblar ki, araşdırma yalnız statistik əlaqəni göstərir və yuxusuzluğun birbaşa insult və ya digər xəstəliklərə səbəb olduğunu sübut etmir. Müxtəlif tədqiqatlarda yuxusuzluğun müəyyənləşdirilməsi üçün fərqli meyarlardan istifadə olunması da nəticələrin qiymətləndirilməsində nəzərə alınmalıdır.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Bakıya gəlmək istəyən erməni tankları
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir













