Aqrar Sığorta Fondu 9 aylıq fəaliyyətinə yekun vurub
Bu ilin yanvar-sentyabr aylarında Aqrar Sığorta Fondu (ASF) 1 268 sığorta müqaviləsi üzrə 8 727 hektar əkin sahəsində zərər müəyyən edib.
"Report" Fonda istinadən xəbər verir ki, qeydə alınmış hadisələr üzrə fermerlərə ümumilikdə 4 milyon 468 min manat zərər dəydiyi hesablanıb.
Zərərlərin əsas hissəsi dolu, sel-subasma və fırtına ilə bağlıdır. Dolu 2 326 hektar, sel-subasma 2 913 hektar, fırtına isə 2 424 hektar əkin sahəsinə zərər vurub. Dolu üzrə 1,47 milyon manat, sel-subasma üzrə 1,44 milyon manat, fırtına üzrə 942 min manat, üçüncü şəxslərin hərəkətləri üzrə isə 504 min manat zərər ödənişi hesablanıb. Yanğın, vəhşi heyvanların hücumu və şaxtavurma nəticəsində də zərərlər qeydə alınıb.
Ən böyük zərər taxıl sahələrində müəyyən edilib. 6 945 hektar taxıl sahəsinə 2 milyon 180 min manat zərər dəyib ki, bu da bütün hesablanmış ödənişlərin 49%-ni təşkil edir. Meyvə bağları üzrə zərər 1,6 milyon manat, texniki bitkilər üzrə 621 min manatdır.
Regionlar arasında ən böyük zərər Quba-Xaçmazda – 1,21 milyon manat olub. Şəki-Zaqatalada 1 milyon 82 min manat, Şirvan-Salyanda 793 min manat, Qarabağda 457 min manat, Dağlıq Şirvanda isə 252 min manat zərər hesablanıb.
Hazırda ASF ödənişlər üçün sənədləşmə aparır və yaxın zamanda ödənişlərə başlanılacaq. Fond 2026-cı ilin ilk 8 ayında bitkiçilik və heyvandarlıq təsərrüfatlarına artıq 1 milyon 708 min manat sığorta ödənişi həyata keçirib.
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
ASF: Təbii fəlakətlər nəticəsində 53 min hektar əkin sahəsi zərər görüb
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2













