İstanbulda İran təyyarəsinə həbs qoyulub
Far.Az xəbər saytı

İstanbulda İran təyyarəsinə həbs qoyulub


İstanbul Hava Limanından İrana uçuşlar həyata keçirən İranın "Caspian Airlines" aviaşirkətinə qarşı borca görə hüquqi proses başladılıb.

"Report" "HaberGlobal"a istinadən xəbər verir ki, şirkətin 3 milyon avro borcu ilə əlaqədar kreditor şirkətin vəkilləri və icra məmurları İstanbul aeroportuna gəlib.

Onlar İran aviaşirkətinə məxsus, "EP-KPB" qeydiyyat nömrəli və bu ölkəyə uçuşa hazırlaşan təyyarənin havaya qalxmasına icazə verilməməsini tələb ediblər.

Bundan sonra icra məmurları sərnişinlərin təyyarədən endirilməsini istəyib. Sərnişinlər terminala aparılıb, təyyarəyə isə həbs qoyulub.

Oxşar xəbərlər

2025-ci ildə 800 min manata ev alıb, 1 milyon manat borca düşən AZƏRBAYCANLI MƏŞHURLAR
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər