ADY rəhbərliyi Almaniyada "InnoTrans 2026" sərgisində olub
Far.Az xəbər saytı

ADY rəhbərliyi Almaniyada "InnoTrans 2026" sərgisində olub


Almaniyada səfərdə olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəhbərliyi "InnoTrans" beynəlxalq nəqliyyat texnologiyaları sərgisini ziyarət edib.

"Far.Az" ADY-yə istinadən xəbər verir ki, sərgi çərçivəsində ADY rəhbərliyi bir sıra aparıcı nəqliyyat şirkətləri, o cümlədən Almaniyanın iri dəmir yolu operatoru və nəqliyyat şirkəti "Deutsche Bahn" və Türkiyə Dövlət Dəmir Yollarının nümayəndələri ilə görüşlər keçirib və əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparıb.

Eyni zamanda, sərgidə iştirak edən "Siemens", "Hitachi" və "Tesmec" kimi tanınmış texnologiya şirkətləri ilə dəmir yolu sənayesində süni intellektin inteqrasiyası, rəqəmsal dispetçer mərkəzlərinin yaradılması, yeni rəqəmsal həllərin tətbiqi və digər innovativ yanaşmalar üzrə təcrübələrin öyrənilməsi barədə fikir mübadiləsi aparılıb.

ADY nümayəndə heyəti həmçinin "InnoTrans 2026" sərgisi çərçivəsində keçirilən "Rail Leaders Summit" (Dəmiryol Rəhbərlərinin Görüşü) tədbirində dəmiryol sənayesinin inkişafı və əməkdaşlıq imkanları barədə müzakirələrdə iştirak edib.

"Qlobal miqyasda mobillik – layihələrin və inkişaf imkanlarının formalaşdırılması" mövzusunda keçirilən "InnoTrans 2026" sərgisində nəqliyyat sektorunda yaşıl texnologiyaların tətbiqi, hibrid lokomotivlər və enerji istehlakı cəhətdən səmərəli dəmir yolu əməliyyatları kimi məsələlərə diqqət çəkilir.

İki ildən bir təşkil olunan, 100 mindən çox iştirakçısı olan "InnoTrans" ictimai nəqliyyat, o cümlədən dəmiryol nəqliyyatı vasitələri və texnikalarının nümayiş etdirildiyi ən böyük beynəlxalq sərgilərdən biridir.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva "Mənim dənizlərim, mənim okeanlarım" sərgisini ziyarət edib
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər