ABŞ maliyyə naziri Çinlə daha geniş ticarət sazişinin mümkünlüyünə əmin deyil
Far.Az xəbər saytı

ABŞ maliyyə naziri Çinlə daha geniş ticarət sazişinin mümkünlüyünə əmin deyil


ABŞ-nin maliyyə naziri Skott Bessent Çinlə ticarət sahəsində əldə olunmuş razılaşmaların iki ay müddətinə uzadılmasının daha genişmiqyaslı sazişin imzalanmasına gətirib çıxaracağına əmin deyil.

"Report"un məlumatına görə, Bessent bunu "Fox News" telekanalına müsahibəsində deyib.

Pusanda əldə olunmuş və ticarət gərginliyinin azaldılmasına yönəlmiş razılaşmaların yanvarın 10-dək uzadılmasının Pekinlə daha geniş sazişin bağlanmasına imkan verib-verməyəcəyi ilə bağlı suala cavabında nazir bunun mümkün olub-olmadığını bilmədiyini bildirib.

"Daha böyük bir sazişin bağlanmasının mümkün olub-olmayacağını bilmirəm. Ola bilsin ki, sadəcə olaraq mövcud razılaşmanın müddətini uzadaq. Çin tərəfinin tam şəkildə yerinə yetirmədiyi bəzi göstəricilər var", – deyə Bessent bildirib.

Bununla yanaşı, ABŞ maliyyə naziri Çin Sədri Si Cinpinin Vaşinqtona səfərinin nəticəsi olaraq maliyyə xidmətləri və kənd təsərrüfatı məhsullarının satın alınması sahələrində razılaşmaların əldə olunması ilə bağlı "bəzi açıqlamaların" verilə biləcəyini qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Güclü yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər