İsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb
Far.Az xəbər saytı

İsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb


HƏMAS-ın Qəzza zolağındakı şimal briqadasının komandiri İzzəddin əl-Bik ötən gecə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında deyilir.

Bəyanata əsasən, zərbənin hədəfi İzzəddin əl-Bik olub. İsrail hökuməti onu İsrail qüvvələrinə hücumda iştirak etməkdə və yeni yaraqlıların cəlb olunmasında günahlandırır.

Fələstin mətbuatının məlumatına görə, əl-Bik Qəzza şəhərinin Əl-Nəsr rayonunda çoxmənzilli binaya endirilən zərbə nəticəsində həlak olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər