Özbəkistanda uşaqlara qarşı zorakılığa görə ömürlük həbs cəzası haqqında qanun layihəsi I oxunuşdan keçib
Uşaqlara qarşı bəzi xüsusilə ağır cinsi cinayətlərə görə ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan qanun layihəsi Özbəkistan Ali Məclisinin (parlament) Qanunvericilik Palatasında birinci oxunuşdan keçib.
"Far.Az" Qanunvericilik Palatasına istinadən xəbər verir ki, sənədi "Adolat" Sosial Demokrat Partiyasının fraksiyası təqdim edib.
Cinayət və Cinayət-Prosessual məcəllələr, İnzibati Məsuliyyət haqqında Məcəllə və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi təklif olunur.
Qanun layihəsinə əsasən, 14 yaşdan kiçik uşağa qarşı cinsi zorakılığa görə uzunmüddətli və ya ömürlük həbs cəzası təyin edilə bilər.
Bundan başqa, bu cür cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə və cəzanın icra müddətlərinin ləğv edilməsi təklif olunur. Beləliklə, müəyyən edilmiş müddətin başa çatması şəxsin məsuliyyətdən azad edilməsinə və məhkəmə tərəfindən təyin edilmiş cəzanın icra edilməməsinə əsas verməyəcək.
Qanun layihəsində, həmçinin bu cür cinayətlərin istintaqı qaydasına dəyişikliklərin edilməsi nəzərdə tutulur. Zorakılıqdan zərər çəkmiş yetkinlik yaşına çatmayan şəxslərin dindirilməsinin videoyazıya alınması, uşaqla şübhəli və ya təqsirləndirilən şəxs və ya müttəhim arasında üzləşdirmələrin isə xüsusi qaydada aparılması təklif olunur.
Əgər zorakılığı uşağa yaxın olan şəxs törədibsə, məhkəməyədək icraat və məhkəmə baxışı mərhələlərində qəyyumluq və himayə orqanı nümayəndəsinin iştirakı məcburi olacaq.
Bundan başqa, sənəd ailələrinin maddi vəziyyətindən asılı olmayaraq, zorakılıqdan zərər çəkmiş və ya buna şahid olmuş uşaqlara dövlət tərəfindən hüquqi yardım göstərilməsini nəzərdə tutur.
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2













