Fransada etirazçılar məktəbləri bloklayır, 14 nəfər saxlanılıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Fransada etirazçılar məktəbləri bloklayır, 14 nəfər saxlanılıb - YENİLƏNİB


Fransada dövlət sektoru işçilərinin etiraz aksiyası zamanı bir sıra orta məktəblər bloklanıb və ya bloklanma cəhdlərinə məruz qalır. Bir həftə ərzində 180 təhsil müəssisəsi bloklanıb.

"Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Yerli medianın məlumatına görə, müəllimlərin, tibb işçilərinin, vergi müfəttişlərinin, bələdiyyə və regional xidmət əməkdaşlarının, eləcə də yanğınsöndürənlərin iştirakı ilə ölkədə 160 nümayiş planlaşdırılıb. Əsas tələb geri qayıdan inflyasiya şəraitində əməkhaqqının artırılmasıdır.

Etirazçılara müəllim və işçi heyəti çatışmazlığı probleminin həllini tələb edən və siniflərdə şagird sayının həddindən artıq çox olmasına qarşı çıxan məktəblilər də qoşulub.

Təkcə Parisdə ən azı 10 orta məktəb bloklanıb. Paris regionunda ümumilikdə 28 orta məktəb bloklanıb və bu proses ölkənin digər ərazilərinə də yayılıb. Nitsa, Marsel və Lildə də məktəblər bloklanıb.

Bəzi məlumatlara görə, təxminən 10 məktəbli, 8 təhsil işçisi və 12 güc strukturu əməkdaşı xəsarət alıb.

Minaatanlardan atəş açıldığı və hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf mərmilərin atıldığı, həmçinin zibil qutularının yandırıldığı bildirilir. 14 nəfər saxlanılıb.

Fransada dövlət qulluqçularının keçirdiyi ümummilli tətil səbəbindən aviareyslərin bir hissəsi ləğv edilib.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Fransa Mülki Aviasiya İdarəsi (DGAC) yerli vaxtla saat 07:00-dan 20:00-dək Parisin Şarl de Qoll hava limanında reyslərin 5 %-nin, saat 16:00-dan 00:00-dək isə Marsel hava limanında reyslərin 25 %-nin ləğv edilməsi barədə göstəriş verib.

Qeyd olunur ki, Nant, Strasburq, Limoj, Lurd və Po regional hava limanlarında da aviareyslərin həyata keçirilməsində fasilələrin yaranması mümkündür.

Bununla yanaşı, Fransanın digər hava limanlarında reyslər ştat rejimində həyata keçiriləcək.

Şarl de Qoll hava limanı "Air France-KLM" aviaşirkətinin əsas hablarından biridir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər