Sahibə Qafarova: Azərbaycanın ərazi bütövlüyü antiterror əməliyyatı ilə tam təmin edilib
Far.Az xəbər saytı

Sahibə Qafarova: Azərbaycanın ərazi bütövlüyü antiterror əməliyyatı ilə tam təmin edilib


44 günlük Vətən müharibəsində əldə edilən qələbə şəhər və kəndlərin əksər hissəsinin Ermənistanın 30 illik işğalından azad edilməsinə gətirib çıxarıb, dövlətin ərazi bütövlüyünün bərpasına şərait yaradıb.

"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında 27 Sentyabr - Anım Günü ilə əlaqədar çıxışında bildirib.

Onun sözlərinə görə, ​2023-cü ilin sentyabr ayında keçirilən birgünlük antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin ən mühüm mərhələsini başa çatdırıb:

"Dövlətimizin suverenliyi tam bərpa olunub, ölkə Konstitusiyasının qüvvəsi onun bütün ərazisində bərqərar edilib.

​Bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji xəttin təntənəsini təcəssüm etdirib.

Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş etmiş Müzəffər Ali Baş Komandana, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdardır".

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər