Azərbaycanın 20 yaşadək voleybolçu qızları Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək
Azərbaycanın 20 yaşadək voleybolçu qızları Avropa çempionatının 1-ci təsnifat (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) mərhələsində iştirak edəcək.
Bu barədə "Report"a Voleybol Federasiyasından məlumat verilib.
Bildirilib ki, 22-25 oktyabr 2026-cı il tarixlərində Gürcüstanın Rustavi şəhərində təşkil olunacaq yarışda Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstan milli komandaları mübarizə aparacaqlar.
Millimiz A qrupunda Polşa və Latviya yığmalarına qarşı çıxış edəcək.
Digər qrupda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna komandaları yer alacaqlar.
Reqlamentə əsasən, qruplarda 1-ci yeri tutacaq komandalar (A1–B1) turnirin qalibini müəyyənləşdirmək üçün həlledici oyunda qarşılaşacaqlar. Qruplarda 2-ci və 3-cü yerləri tutacaq komandalar isə müvafiq olaraq A2-B2 və A3-B3 qarşılaşmalarında turnirdəki yekun sıralamalarını müəyyənləşdirəcəklər.
A1-B1 qarşılaşmasının qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. 2, 3 və 4-cü yerləri tutacaq komandalar isə qitə çempionatının 2-ci təsnifat mərhələsində iştirak hüququ əldə edəcəklər.
U-20 Avropa çempionatının 1-ci təsnifat mərhələsi (EEVZA) (Gürcüstan, Rustavi)
A qrupu: Azərbaycan, Polşa, Latviya
B qrupu: Estoniya, Gürcüstan, Ermənistan, Ukrayna
22 oktyabr
15:30. Latviya – Polşa
18:00. Estoniya – Ukrayna
20:30. Gürcüstan – Ermənistan
23 oktyabr
15:30. Polşa – Azərbaycan
18:00. Ermənistan – Estoniya
20:30. Ukrayna – Gürcüstan
24 oktyabr
15:30. Latviya – Azərbaycan
18:00. Ermənistan – Ukrayna
20:30. Estoniya – Gürcüstan
25 oktyabr
12:00. A3 – B3
14:30. A2 – B2
17:00. A1 – B1
Oyunların başlama saatı yerli vaxtla göstərilib.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb
-
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb
-
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub













