Zakir Həsənov Böyük Britaniya və Slovakiyanın müdafiə nazirləri ilə görüşüb
Far.Az xəbər saytı

Zakir Həsənov Böyük Britaniya və Slovakiyanın müdafiə nazirləri ilə görüşüb


Müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Böyük Britaniya və Slovakiyanın müdafiə nazirləri ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri Azərbaycanın Birləşmiş Krallıqla və Slovakiya Respublikası ilə bütün sahələrdə, xüsusilə də müdafiə və təhlükəsizlik məsələlərində əməkdaşlığa daim maraqlı olduğunu vurğulayaraq, bu əlaqələrin mövcud vəziyyətindən razılıq bildirib.

Azərbaycanda səfərdə olmaqdan və sərgidə iştirak etməkdən məmnunluq ifadə edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker və Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak Azərbaycanın müdafiə strukturları arasında hərbi təhsil, hərbi-texniki innovasiyalar, həmçinin digər istiqamətlərdə əməkdaşlıqların müsbət müstəvidə davam etdiyini vurğulayıblar.

Görüşlərdə nazirlər müdafiə və təhlükəsizlik, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığa dair gələcək planları müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər