TDT baş katibi: Ölkələrimiz ADEX sərgisində bir araya gələrək yol xəritəsini təsdiqləyiblər
Türk dövlətləri "ADEX 2026" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində bir araya gələrək yol xəritəsini təsdiqləyiblər.
"Far.Az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuralıyev deyib.
Onun sözlərinə görə, burada TDT-nin müdafiə sənayesi ilə bağlı ikinci iclası keçirildi:
"Bu cür iclasların keçirilməsi çox vacibdir. Türk dövlətləri olaraq bir çox məsələləri müzakirə etdik. Dünyada hazırda bir sıra müharibələr və münaqişələr var. Biz birlikdə fəaliyyət göstərməliyik. Çünki birlikdə daha güclüyük. Bugünkü ADEX sərgisinin də ən vacib tərəfi odur ki, ölkələrimiz bir araya gələrək yol xəritəsini təsdiqlədilər. Bu yol xəritəsinin daxilində hər şey var, xüsusən də hərbi sənaye sahəsində birgə çalışmaqla bağlı razılaşmalar əldə etdik".
TDT-nin Baş katibi, həmçinin əlavə edib ki, Azərbaycanın II Qarabağ müharibəsindəki zəfəri yalnız Türk dünyası üçün deyil, bütün dünya üçün böyük bir nümunə oldu.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Slovakiya və Azərbaycan müdafiə sənayesində yeni razılaşmaları müzakirə edir - EKSKLÜZİV













