AQEM Media Forumu etimad quruculuğu mexanizminin istiqaməti kimi mühüm əhəmiyyət kəsb edir - RƏY
Far.Az xəbər saytı

AQEM Media Forumu etimad quruculuğu mexanizminin istiqaməti kimi mühüm əhəmiyyət kəsb edir - RƏY


Məlum olduğu kimi müasir dünyada media artıq yalnız baş verən hadisələri cəmiyyətə çatdıran vasitə deyil. İnformasiya dövlətlərarası münasibətlərə, cəmiyyətlərin bir-biri haqqında təsəvvürlərinə, hətta siyasi qərarların qəbul edildiyi mühitə təsir göstərən mühüm amilə çevrilib.

Bunu "Far.Az"a siyasi şərhçi Ülviyyə Zülfiqar Bakıda keçirilən AQEM Media Forumunun "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda konfrans barədə danışarkən deyib.

O qeyd edib ki, xüsusilə geosiyasi qarşıdurmaların və qütbləşmənin artdığı bir dövrdə eyni hadisənin tamamilə fərqli informasiya məkanlarında fərqli təqdim olunması cəmiyyətlər arasında mövcud fikir ayrılıqlarını daha da dərinləşdirə bilir.

"Bu baxımdan Bakıda keçirilən AQEM Media Forumunun "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusuna həsr edilməsi kifayət qədər aktualdır. Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətində diqqət çəkən əsas məqamlardan biri də medianın artıq ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi qiymətləndirilməsidir. Etimadın yaranması üçün ilk növbədə etibarlı informasiya mühiti olmalıdır".

Ülviyyə Zülfiqar
Siyasi şərhçi vurğulayıb ki, Prezidentin müraciətində media savadlılığının artırılması və yeni texnologiyaların məsuliyyətli tətbiqinə xüsusi diqqət yetirilməsi də məhz bu baxımdan əhəmiyyətlidir:

"Forumun Bakıda keçirilməsinin başqa bir mühüm tərəfi Azərbaycanın AQEM-ə sədrliyi dövründə dialoq platformalarının genişləndirilməsi xəttinin davam etdirilməsidir. Bakıda müxtəlif yüksək səviyyəli görüşlərin, beyin mərkəzləri, ekspertlər, biznes dairələri və gənclərin iştirakı ilə tədbirlərin keçirilməsi göstərir ki, Azərbaycan AQEM daxilində əməkdaşlığı yalnız siyasi-diplomatik səviyyədə saxlamaq deyil, onu müxtəlif sahələrə doğru genişləndirmək istiqamətində fəaliyyət göstərir".

Onun fikrincə, ilk AQEM Media Forumunun məhz Azərbaycanın təşəbbüsü ilə və qarşıdakı AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi də media əməkdaşlığının bu prosesin ayrıca istiqamətinə çevrilməsi cəhdi kimi qiymətləndirilə bilər.

"Dövlət qurumları, media, rəqəmsal platformalar, jurnalistlər və ekspertlər arasında belə əlaqələrin genişlənməsi yanlış məlumatların yaratdığı əlavə gərginliyin qarşısının alınmasına kömək edə bilər. Bu mənada AQEM Media Forumu daha geniş etimad quruculuğu mexanizminin informasiya və kommunikasiya istiqaməti kimi mühüm əhəmiyyət kəsb edir", - Ü. Zülfiqar deyib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər