AQTA: Kütləvi zəhərlənməyə görə Kürdəmirdəki restoran bağlanıb
Far.Az xəbər saytı

AQTA: Kütləvi zəhərlənməyə görə Kürdəmirdəki restoran bağlanıb


Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb.

Bu barədə "Far.Az"a agentlikdən məlumat verilib.

Bildirilib ki, məclisdə istifadə olunan qida məhsulları toy sahibi tərəfindən restorana təqdim edilib.

Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib.

Araşdırma yekunlaşanadək "Günəş" restoranının fəaliyyəti məhdudlaşdırılıb.

Xatırladaq ki, Kürdəmir rayonunda toyda zəhərlənən şəxslərin sayı 91 nəfərə çatıb. Ötən gün toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı Kürdəmir rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər

"Yuxa" restoranının fəaliyyəti dayandırılıb
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı
"Dağlılar Balıq" restoranının fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB
"McDonald"s Azərbaycan" "Nizami Mall"-da yeni restoran açıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər