Elvis Alam: Dominikan Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir
Far.Az xəbər saytı

Elvis Alam: Dominikan Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir


Azərbaycanın Latın Amerikası və Karib hövzəsi ölkələri ilə, Dominikanın isə Cənubi Qafqaz və Türk dünyası ilə inteqrasiyasına yeni impuls verilir.

Bunu "Far.Az"un Türkiyə bürosuna açıqlamasında Domnikanın Ankarada iqamət edən Azərbaycan üzrə səfiri Elvis Antonio Alam bildirib.

O, Azərbaycan və Dominikan arasında imzalanan əməkdaşlıq sazişindən sonra əlaqələrin daha da yaxınlaşdığını bildirərək növbəti mərhələdə atılacaq addımları vurğulayıb.

Səfirin sözlərinə görə, iki ölkə arasında viza tələbinin aradan qaldırılması ilə münasibətlər keyfiyyətcə yeni müstəviyə keçir: "Sazişin müddəalarına əsasən, hər iki ölkənin etibarlı adi pasportuna malik vətəndaşları sənəd qüvvəyə mindikdən sonra istənilən 180 günlük müddət ərzində 90 günə qədər vizasız digər ölkəyə daxil ola, tranzit keçə və orada qala biləcəklər.

Vizasız rejimin tətbiqi yalnız səyahət prosedurlarını sadələşdirməyəcək, həm də xalqlar arasında birbaşa təmasları canlandıracaq".

Azərbaycanın Domnikandakı səfiri Ruslan Rzayevlə birgə səyləri nəticəsində ölkələr arasında münasibətlərin genişlənmənsindən məmnunluğunu ifadə edən Elvis Alam deyib ki, növbəti mərhələdə əsas diqqət hava əlaqələrinin asanlaşdırılmasına yönləndiriləcək: "O cümlədən, qarşılıqlı turizm axınının stimullaşdırılması, iş adamlarımız üçün yeni investisiya imkanlarının yaradılması diqqət mərkəzimizdədir. Xüsusilə kənd təsərrüfatı, bərpa olunan enerji, logistika və "ASAN Xidmət" Modelinin ölkəmizdə tətbiqi istiqamətində birgə layihələrin həyata keçirilməsi üçün zəmin yaradılacaq".

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər