Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU
Far.Az xəbər saytı

Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU


Bakıda bir qrup vətəndaşa qarşı "TikTok" platformasında kütləvi dələduzluq etməkdə təqsirləndirilən Daşqın Məmmədovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunaraq Daşqın Məmmədov 8 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilənin 8 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş etmişdi.

Qeyd edək ki, Bakıda vətəndaşlar alqı-satqı şirkətinin "TikTok" reklamlarına inanaraq, mənzil sahibi olmaq ümidi ilə əllərindəki pulları itirdiklərini iddia ediblər. Onların sözlərinə görə, tanınmış bloqerlərin də reklam etdikləri həmin şirkətin rəhbəri Daşqın Məmmədov 100 nəfərdən çox vətəndaşın külli miqdarda vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Daşqın Məmmədovun hazırkı cinayət işi üzrə zərərçəkənlərə vurduğu zərərin ümumi dəyəri 378 min manatdan artıq olduğu bildirilir.

Onu da qeyd edək ki, Daşqın Məmmədovun digər dələduzluq əməlləri ilə bağlı hazırda Bakı Şəhər Baş Polis İdarəsində də cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Təqsirləndirilənlə bağlı digər cinayət işləri üzrə dəymiş ümumi zərərin məbləği isə 3 milyon manatdan çox olduğu bildirilir.

Ona qarşı cinayət məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Tanınmış bloqerlərin reklam etdiyi "Daşqın əmlak"ın rəhbəri hakim qarşısına çıxarılıb
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər