"Birliyin Gücü – 2026" birgə hərbi təlimi başa çatıb
Far.Az xəbər saytı

"Birliyin Gücü – 2026" birgə hərbi təlimi başa çatıb


Qarabağ iqtisadi rayonundakı "Qızılqaya" və Naxçıvan Muxtar Respublikasındakı "Qarabağlar" təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda keçirilən "Birliyin Gücü – 2026" birgə hərbi təliminə "Yüksək Səviyyəli Müşahidəçi Günü" başa çatdıqdan sonra yekun vurulub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin başa çatması ilə əlaqədar keçirilən bağlanış mərasimində hərbi orkestrin müşayiəti ilə Azərbaycan, Türkiyə və Özbəkistanın Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edənlər 3 ölkənin iştirakçı, 9 ölkənin isə müşahidəçi qismində qatıldığı təlimin hərbi qulluqçular arasında təcrübə mübadiləsinin aparılmasına, döyüş hazırlığının yüksəldilməsinə və dostluq əlaqələrinin genişlənməsinə töhfə verdiyini bildiriblər.

Qeyd olunub ki, çətin relyef və real döyüş şəraitinə uyğunlaşdırılmış fəaliyyətlərin icrası zamanı hərbi qulluqçular yüksək peşəkarlıq, taktiki savad və koordinasiyalı fəaliyyət nümayiş etdiriblər. Təlim müddətində hərbi qulluqçular qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər.

Çıxışlar bitdikdən sonra təlim zamanı fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub.

Sonra təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin çıxışları iştirakçılar tərəfindən maraqla izlənilib.

"Birliyin Gücü – 2026" birgə hərbi təlimi başa çatıb

Oxşar xəbərlər

"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
"Birliyin Gücü-2026" təlimində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilir
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər