Sankt-Peterburqda Millerin tarixi malikanəsi yanır
Far.Az xəbər saytı

Sankt-Peterburqda Millerin tarixi malikanəsi yanır


Sankt-Peterburqun mərkəzində, İsaakiyevskaya meydanında yerləşən Millerin tarixi malikanəsində böyük yanğın baş verib.

"Report" Rusiya Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinə istinadən xəbər verir ki, yanğına mürəkkəblik üzrə üçüncü dərəcə verilib və alovun əhatə etdiyi ərazi 2 min kvadratmetrə çatıb.

Yanğının söndürülməsinə 125 nəfər və 31 texnika cəlb olunub.

İsaakiyev kilsəsinin qarşısında yerləşən binada yanğın baş verməsi barədə məlumat yerli vaxtla saat 20:11-də təcili xidmətlərə daxil olub. İlkin olaraq alov malikanənin birinci və ikinci mərtəbələrinə yayılıb, daha sonra yanğının əhatə etdiyi ərazi əhəmiyyətli dərəcədə genişlənib.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Qeyd edək ki, Miller malikanəsi regional əhəmiyyətli mədəni irs obyekti hesab olunur. Bina 1879–1880-ci illərdə memar Ferdinand Millerin layihəsi əsasında yenidən qurulub.

Oxşar xəbərlər

Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər