"The Times": Avropa ABŞ-nin dizel ehtiyatları ilə bağlı tələblərinə cavab barədə razılığa gələ bilməyib
Böyük Britaniya və Avropa İttifaqı ölkələri ABŞ-nin strateji ehtiyatlardan tədarükün artırılması tələbi fonunda dizel yanacağı bazarındakı vəziyyətlə bağlı təcili danışıqlar keçirib, lakin razılığa gəlmək mümkün olmayıb.
"Far.Az" The Times qəzetinə istinadən xəbər verir ki, Avropa ölkələri hələlik ABŞ Prezidenti Donald Tramp administrasiyasının təzyiqlərinə güzəştə getmək niyyətində deyil.
Qəzetin məlumatına görə, Brüsseldə strateji ehtiyatlardan istifadənin tədarüklərdə gələcək fasilələr baş verəcəyi təqdirdə ciddi risklər yarada biləcəyindən ehtiyat edirlər. Xüsusilə, Yəmən husilərinin Səudiyyə Ərəbistanından yanacaq tədarükü üçün Qırmızı dənizi faktiki olaraq bağlaması vəziyyəti daha da çətinləşdirə bilər.
Bununla yanaşı, bəzi Avropa ölkələri Vaşinqtonla danışıqları davam etdirməyə hazırdır. Nəşrin mənbəsinin sözlərinə görə, danışıqlar artıq oktyabrın 2-də keçirilə bilər.
The Times qəzetinin Britaniya hökumətindəki mənbəsi Vaşinqtonun hərəkətlərini "danışıqların həyasızcasına aparılması taktikası" adlandırıb və Avropa ehtiyatlarının eyni vaxtda azaldılması və Qırmızı dəniz vasitəsilə tədarüklərin dayandırılması halında yanacağın kəskin çatışmazlığı riskindən xəbərdar edib.
"Bu ehtiyatlar tədarükdə fasilələr yaranacağı təqdirdə bufer rolunu oynamaq üçün nəzərdə tutulub. Onlar yanacağın qiymətlərini azaltmaq üçün nəzərdə tutulmayıb", – deyə o vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub
-
Bu deputatın mandatı ləğv edildi













