Tünzalə Ağayeva Xorvatiyada "Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində "Azərbaycan musiqisi gecəsi" təşkil olunub.
Vatroslav Lisinski Konsert Kompleksində keçirilən gecədə tanınmış Azərbaycan bəstəkarları Tofiq Quliyev, Rauf Hacıyev, Elza İbrahimova, Vaqif Gərayzadə, Vaqif Mustafazadə, xarici ölkə bəstəkarları Henry Krieger, Petar Graso, Ivica Badurina, Freddie Peren və Dino Fekarisin əsərləri səsləndirilib.
Far.Az xəbər verir ki, konsertdə Xalq artisti Tünzalə Ağayeva çıxış edib. Pop ulduz gecədə Xalq artisti Flora Kərimovanın məşhur "Bilməzdim" mahnısını daha sonra Xalq artisti Elmira Rəhimovanın "Sən yadıma düşəndə" və digər belə dəyərli sənətkarların beş əsərini canlı-canlı ifa edib.
Səhnədə sənətçini Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyab müşayiət edib. Təqdim olunan bütün ifalar zalda böyük coşqu, məhəbbət və gür alqışlarla qarşılanıb. Konsert proqramını mədəniyyət naziri Adil Kərimli, Xorvatiyadakı səfirimiz Anar İmanov, Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclasının hər iki tərəfdən iştirakçıları və Zaqreb ictimaiyyətinin nümayəndələri izləyiblər.
Qeyd edək ki, festivalda Xalq artistləri Ənvər Sadıqov və Tünzalə Ağayeva, Əməkdar artist Emil Əfrasiyab, müğənnilər Samirə Əfəndi, Elnur Hüseynov şövqlü ifaları ilə tamaşaçıların könlünü oxşayıblar.
Oxşar xəbərlər
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Adil Kərimli Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir













