Milli Qəhrəman Yuri Kovalyovun məzarı ziyarət edildi
Bu gün Birinci Qarabağ müharibəsində şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun şəhidlik zirvəsinə ucalmasından 35 il ötür.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bununla əlaqədar Şəhidlər xiyabanında Yuri Kovalyovun məzarı ziyarət olunub, şəhidin əziz xatirəsi anılıb.
Anım mərasimində Yuri Kovalyovun ailə üzvləri və yaxınları, dostları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və icra hakimiyyətinin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim zamanı şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, onun əziz xatirəsi ehtiramla yad edilib.
Bakı və Azərbaycan yepiskopu Aleksiy (Smirnov) Yuri Kovalyovun məzarı başında dua oxuyaraq şəhidin ruhuna rəhmət diləyib.
Anım mərasimində çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Yuri Kovalyovun keçdiyi döyüş yolundan, Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan danışıb. Bildirilib ki, onun həyat və döyüş yolu gələcək nəsillər üçün örnəkdir.
Bakı və Azərbaycan yepiskopu Aleksiy (Smirnov) bildirib ki, bu gün Yuri Kovalyovla birlikdə bütün qəhrəmanlarımız yad edilib:
"Sizinlə birlikdə Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin qəhrəmanı Yuri Kovalyovun xatirəsini yad edirik. Biz pravoslav ruslar olaraq, ilk növbədə, insanın ruhunun dincəlməsi üçün dua etməyə çalışırıq. Biz Allaha dua edirik ki, onu öz səmavi məkanına qəbul etsin və bu gün yaşayan bizlərə layiqli və xoşbəxt həyat sürmək imkanı versin. Eyni zamanda qarşımızda fədakarlıq, qəhrəmanlıq və Vətənə məhəbbət nümunəsi olsun".
Milli Qəhrəmanın qızı Regina Kovalyova da açıqlamasında atası ilə fəxr etdiyini vurğulayıb:
"Hər zaman vurğulayıram ki, Azərbaycan tolerant ölkədir. Düşünürəm ki, bizim qəhrəmanlarımız öz sözlərini Qarabağda deyiblər və hər biri qəhrəmancasına şəhid olublar.
Əlbəttə, hər zaman - istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın məzarlarını ziyarət edərkən onlara təşəkkürümü bildirirəm və deyirəm ki, çox sağ olun. Qarabağ artıq bizimdir. Hesab edirəm ki, atam haqqında olduğu kimi, ümumilikdə bizim ümumi dəyərlərimiz haqqında da nə qədər istəyiriksə, o qədər danışmalıyıq. Qəhrəmanlarımız haqqında hər zaman danışmaq, onların göstərdiyi şücaəti gələcək nəsillərə çatdırmaq lazımdır".
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Rəsmilər Şəhidlər xiyabanında
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
-
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
-
UEFA Millətlər Liqası: Türkiyə Belçikaya məğlub olub, İtaliya Fransa ilə heç-heçə edib













