Xankəndidə "Vətəndəsən" II Qarabağ Təhsil Forumu keçirilib
Far.Az xəbər saytı

Xankəndidə "Vətəndəsən" II Qarabağ Təhsil Forumu keçirilib


Xankəndi şəhərində 5 oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Vətəndəsən" II Qarabağ Təhsil Forumu keçirilib. "Öyrədənsən" devizi altında təşkil olunan forum "Karabakh Training Center"in təşkilatçılığı ilə baş tutub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirdə çıxış edən Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin aparıcı məsləhətçisi Xasay Cahangirov, Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov, "Karabakh Training Center"in rəhbəri Aytən Məmmədova, Qarabağ Universitetinin nümayəndəsi və digər şəxslər azad edilmiş ərazilərdə təhsilin inkişafı, insan kapitalının formalaşdırılması, müəllim əməyinin qiymətləndirilməsi və təhsil sahəsində innovativ yanaşmaların tətbiqi məsələləri diqqətə çatdırıblar.

İki gün davam edəcək forum çərçivəsində peşəkar təlimlər, panel müzakirələri, sərgi, müəllimlərin peşə bayramına həsr olunmuş Qala gecəsi və Şuşa şəhərinə mədəni gəzinti təşkil olunacaq. Forumda əməkdar müəllimlər, təhsil ekspertləri, dövlət qurumlarının nümayəndələri və təhsil ictimaiyyətinin digər üzvləri iştirak edirlər.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Xankəndidə Zəfər atəşfəşanlığı
Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər