Bakıda müasir əmək bazarı və məşğulluğa həsr olunan panel sessiya keçirilib
"Milli Məşğulluq Forumu" çərçivəsində "Müasir əmək bazarı: rəqəmsallaşma, innovativ təhsil və dayanıqlı məşğulluq" adlı panel sessiya keçirilib.
"Far.Az"un məlumatına görə, paneldə çıxış edən Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov müasir əmək bazarında ali təhsil diplomunun işlə təmin olunmağa zəmanət vermədiyini qeyd edib.
Onun sözlərinə görə, universitetlərin fəaliyyətinin əsas göstəricilərindən biri məzunların məşğulluq səviyyəsi olmalıdır. Rektor bildirib ki, gənclərin karyera qurmalarında universitetlərin üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan, tələbələrin ilk kurslardan etibarən praktiki fəaliyyətə cəlb olunmaları, təcrübə proqramlarının genişləndirilməsi və beynəlxalq təcrübənin ali məktəblərdə tətbiqi vacibdir.
Türkiyənin Çanaqqala 18 Mart Universitetinin rektoru Ramazan Cüneyt Erenoğlu təmsil etdiyi ölkədəki universitetlərdə məzun olan tələbələr üçün yaradılan şəraitdən danışıb:
"Tələbələrin universitetə qəbul olunduqları ilk həftədən etibarən oriyentasiya proqramları çərçivəsində iş dünyasının nümayəndələrini dəvət edirik. Biz iş dünyası ilə daim əlaqədəyik, onların gözləntilərini və rəylərini mütəmadi olaraq öyrənir, tədris planlarımızı onların tələblərinə uyğun şəkildə yeniləyirik".
C.Erenoğlu qeyd edib ki, hazırda Türkiyədə Ali Təhsil Şurasının təşəbbüsü ilə yeni proqramın tətbiqinə başlanılıb:
"Bu təşəbbüsə əsasən, bakalavriat təhsili müddətində tədris olunan fənlərin sayı 25-30-u keçməməlidir. Bu, əsas təhsil proqramları çərçivəsində kurikulumun sadələşdirilməsini nəzərdə tutur. Eyni zamanda, Türkiyədə mikroixtisaslaşma (mikro-ixtisas) çərçivəsini tətbiq edirik. Mikroixtisaslaşma tələbənin hansı sahədə təhsil almasından asılı olmayaraq, məzun olduqdan sonra əmək bazarında daha rahat yer tutması üçün ona əlavə bilik və bacarıqlar qazandırır. Başqa sözlə, onlara əlavə sertifikat proqramları vasitəsilə bir növ "qızıl bilərzik" təqdim edirik".
Bakı Avrasiya Universitetinin rektoru Səyavuş Qasımov çıxışında bildirib ki, ali təhsil müəssisələri məzunları sadəcə bugünkü iş yerlərini hazırlamaq üçün yetişdirməməlidirlər:
"Tələbələr təkcə iş axtaran yox, həm də yeni iş yerləri yaradan şəxslər olmalıdırlar. İşəgötürənlərlə əməkdaşlıq istiqamətində işlər həyata keçirilir. Əmək bazarı sürətlə dəyişir. Əmək bazarı ilə universitetlər arasında sıx əməkdaşlığın qurulması da bir çağırışdır. Bu sürət fonunda qısa müddətdə təhsil proqramlarının dəyişdirilməsi mümkün deyil. Vacib məsələlərdən biri də məzunları peşəkar həyata hazırlamaqdır".
Rektor həmçinin əlavə edib ki, əgər universitetlər yalnız günün tələbələrinə uyğun ixtisaslar tədris etsələr, bu, gələcəkdə əmək bazarının dəyişməsi fonunda problemlər də yarada bilər.
Özbəkistan Turan Beynəlxalq Universitetinin rektoru Axadxon Najmitdimovun sözlərinə görə, informasiya texnologiyaları sektoru bir neçə il öncə prestijli sahə sayılsa da, süni intellekt bu sferaya da öz təsirini göstərib:
"Biz əmin olmaq istəyirik ki, tələbələrə sadəcə bilik aşılamırıq. Onları yeni çağırışlar qarşısında adaptiv olmaları üçün yetişdirmək istəyirik. Tələbələr məzun olan kimi iş tapmalıdırlar".
O vurğulayıb ki, universitet və sənaye arasında əlaqələr əhəmiyyətli dərəcədə vacibdir.
Panel sual və cavab sessiyası ilə davam edib.
Sevil Seymur
Gülər Seymurqızı
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq













