Tramp: Nüvə güclərinin liderləri ilə yaxşı münasibətlər vacibdir
Far.Az xəbər saytı

Tramp: Nüvə güclərinin liderləri ilə yaxşı münasibətlər vacibdir


ABŞ Prezidenti Donald Tramp nüvə silahı olan dövlətlərin liderləri ilə yaxşı münasibətlərin qorunmasının vacibliyini vurğulayıb.

"Far.Az"un məlumatına görə, o, bu barədə Ohayo ştatında mitinqdə deyib.

Tramp qeyd edib ki, ondan 23-25 ​​sentyabrda ABŞ-də dövlət səfərində olan Çin Sədri Si Cinpinlə niyə bu qədər dost olduğunu soruşublar.

"Məgər böyük ölkələrin, nəhəng nüvə güclərinin liderləri ilə yola getmək əla deyilmi? Yaxşı münasibətlərə sahib olmaq əla deyilmi?" - ABŞ Prezidenti soruşub.

O, həmçinin Şimali Koreya lideri Kim Çen Inla da yaxşı münasibətlər saxladığını bildirib.

"Biz əla yola gedirik. Mən də Kim Çen Inla yola gedirəm", - Tramp qeyd edib.

Amerika lideri həmçinin İranın nüvə proqramına toxunaraq bildirib ki, Tehranın heç vaxt nüvə başlığı olan raketi olmayacaq.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
BYD Bakı Mərkəzinin nümayəndələri "E-Journey 2026" beynəlxalq texnologiya səfərində
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər