Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub
Far.Az xəbər saytı

Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub


Quba-Xınalıq yolunda təkrar torpaq sürüşməsi baş verib.

Far.Az "APA"ya istinadən xəbər verir ki, yolun daha əvvəl təmizlənərək hərəkətin bərpa olunan hissəsində bu gün yenidən torpaq sürüşüb. Nəticədə Quba rayonunun Xınalıq da daxil olmaqla 8 dağ kəndi ilə nəqliyyat əlaqəsi kəsilib.

Bölgədə davam edən yağıntılı hava şəraiti və dağlıq relyefdə torpağın rütubətlənməsi sürüşmə prosesini aktivləşdirib. Hazırda aidiyyəti qurumların texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub, yolun təmizlənməsi və gediş-gəlişin bərpası istiqamətində işlər aparılır.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər