Fransada etirazçılar onlarla təhsil müəssisəsini yandırıb
Far.Az xəbər saytı

Fransada etirazçılar onlarla təhsil müəssisəsini yandırıb


Fransada yuxarı sinif şagirdlərinin genişmiqyaslı etirazlarında 24 təhsil müəssisəsi yandırılıb və ya qarət edilib.

"Far.Az" xəbər verir ki, bu barədə təhsil naziri Eduar Jeffre "France 2" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, ölkədə yuxarı sinif şagirdlərinin davam edən etirazlarında Fransada 400-dən çox məktəb oktyabrın 5-də əyani dərsləri bərpa etməyəcək.

Xatırladaq ki, yuxarı sinif şagirdlərinin etiraz aksiyaları ötən həftə Parisin İl-de-Frans regionunda başlayıb, daha sonra isə Fransanın digər regionlarına yayılıb. Nümayişçilər həddindən artıq yüklənmiş dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə qarşı çıxış edirlər. Polis 5 mindən çox etirazçını saxlayıb.

Oxşar xəbərlər

Məktəblərdə ilk dərs günü həyəcanı - FOTOREPORTAJ
İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
Fransada kütləvi etirazlara görə yüzlərlə lisey onlayn təhsilə keçəcək
IDEA Bərdə və Beyləqanda kütləvi ağacəkmə aksiyaları təşkil edib
Fransa polisi beş mindən çox etirazçını saxlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər