Norveç səfiri "Starlink" peyklərinə görə İran XİN-ə çağırılıb
Far.Az xəbər saytı

Norveç səfiri "Starlink" peyklərinə görə İran XİN-ə çağırılıb


Norveçin Tehrandakı səfiri Paal Byornestad İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, buna səbəb "Starlink" peyklərinin İran ərazisində istifadəsi olub.

Qeyd edilib ki, ABŞ və İsrailin İrana qarşı "Starlink" peyk internetindən istifadə etdiyi səfirin diqqətinə çatdırılıb.

Byornestada bildirlib ki, Beynəlxalq Telekommunikasiya İttifaqında "Starlink" şəbəkəsini qeydiyyata alan ölkə kimi Norveç bu sistemin İran ərazisinə icazəsiz ötürmələrinin qarşısını almağa borcludur.

"İran Norveç hökumətindən İranın suverenliyini və milli təhlükəsizliyini pozan fəaliyyətlərə son qoymaq üçün təcili və effektiv tədbir görməsini tələb edib", - agentlikdən vurğulanıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Nar" regional satış şəbəkəsini genişləndirir: Yeni mağaza Salyanda!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər