Çinin iri litium yatağında ehtiyatlar ilkin proqnozları 70 % üstələyir
Far.Az xəbər saytı

Çinin iri litium yatağında ehtiyatlar ilkin proqnozları 70 % üstələyir


Çinin Siçuan əyalətindəki iri litium yatağının resurs bazası yenidən qiymətləndirmədən sonra təxminən 70 % artırılıb.

"Far.Az" xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.

Məlumata görə, əlavə geoloji kəşfiyyat işləri aparıldıqdan sonra yatağın qeydə alınmış resursları litium karbonat ekvivalentində 1,05 milyon ton artaraq 2,53 milyon tona çatıb. Bu, əvvəllər qeydə alınmış 1,48 milyon tondan 70,5 % çoxdur.

Əlavə resurslar tərkibində təxminən 423,8 min ton litium oksidi olan 33,52 milyon ton filiz təşkil edir. Onların artımı Çinin Təbii Sərvətlər Nazirliyində yoxlanışdan keçib və qeydiyyata alınıb.

Layihəni həyata keçirən "Dazhong Mining" şirkəti hesab edir ki, yatağın ilkin sahəsi layihə gücünə çatdıqda hər il təxminən 50 min ton litium karbonat istehsal edə biləcək. Eyni zamanda, şirkət hələ ki hasilat və istismar üçün zəruri icazələrin alınması prosedurlarını yekunlaşdırır.

Resurs bazasının genişlənməsi Pekinin strateji xammalın xarici tədarükündən asılılığını azaltmaq səyləri fonunda baş verir. Nəşr qeyd edib ki, 2025-ci ildə Çinin litium xammalına olan tələbatının təxminən 60 %-i xarici mənbələr hesabına təmin edilirdi.

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ağdərənin Canyataq kəndində "Dəmirli" Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər