"Bloomberg": Makronun dövründə Fransa Aİ-nin "ən zəif bəndi"nə çevrilib
Fransa Emmanuel Makronun prezidentliyi dövründə dövlət borcunun kəskin artması, xərclərin çoxalması və siyasi qeyri-sabitliklə üzləşib.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.
Nəşr qeyd edib ki, Makronun prezidentliyinin əvvəlində iqtisadi vəziyyət daha yaxşı idi. Hakimiyyət əmək qanunvericiliyində islahatlar apardı və biznes üçün vergiləri azaltdı, bundan sonra iqtisadiyyat 2 %-dən çox artdı, işsizlik və büdcə kəsiri isə azaldı.
Qeyd olunub ki, 2018-ci ildə yanacaq vergilərini artırmaq planları "sarı jiletlilər"in kütləvi etirazlarına səbəb olub. Sosial gərginliyi azaltmaq üçün hökumət vergi güzəştlərinə və əlavə ödənişlərə 10 milyard avrodan çox vəsait yönəldib.
COVID-19 pandemiyası və enerji böhranı zamanı dövlətin xərcləri kəskin şəkildə artıb. Fransanın Hesablama Palatasının qiymətləndirməsinə görə, 2020-2022-ci illərdə böhrana qarşı tədbirlər və iqtisadi stimullaşdırma təxminən 190 milyard avroya başa gəlib, enerji böhranının nəticələrinin aradan qaldırılması üçün isə əlavə olaraq təxminən 72 milyard avro tələb olunub.
Bununla yanaşı, hakimiyyət fövqəladə xərclərdən sürətlə imtina edə bilməyib. 2022-ci ildə Makron tərəfdarlarının parlament çoxluğunu itirməsindən və daha sonra 2024-cü ilin növbədənkənar seçkilərindən sonra siyasi parçalanma kəsirin azaldılmasını daha da çətinləşdirib.
Agentlik bildirib ki, indi Fransa "Avropanın ən zəif bəndi"nə çevrilib və onun hökuməti qarşısında yeni siyasi böhrana səbəb olmadan büdcə konsolidasiyasını həyata keçirmək kimi mürəkkəb bir məsələ durur.
Oxşar xəbərlər
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













