Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək vermək niyyətindədir
Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının komandanlığı ölkə ərazisi üzərində nəzarəti bərpa etmək üçün "Ənsar Allah" (husilər) hərəkatına qarşı mübarizədə Yəmənin silahlı qüvvələrinə operativ dəstək göstərməyə davam edəcək.
"Report" Səudiyyə Mətbuat Agentliyinə istinadən xəbər verir ki, bu barədə alyansın rəsmi nümayəndəsi general-mayor Türki əl-Maliki bildirib.
"Koalisiyanın birləşmiş qüvvələrinin komandanlığı Yəmən silahlı qüvvələrinə tam operativ dəstək verməyə davam edir və çevrilişə son qoymaq, dövləti və onun milli institutlarını bərpa etmək üçün əvvəlki kimi qanuni hökumətin və qardaş Yəmən xalqının yanındadır", - nəşr əl-Malikinin sözlərini sitat gətirib.
O əlavə edib ki, qiyamçıların Məkkə və Mədinə də daxil olmaqla, Səudiyyə şəhərlərinə, eləcə də Qırmızı dənizin cənub hissəsində və Bab-əl-Məndəb boğazında ticarət gəmilərinə hücum etmək üzrə qəsdən və sistemli cəhdləri krallığın təhlükəsizliyini və suverenliyini qorumaq məqsədilə husi terrorçularının düşmənçilik hərəkətlərinin qarşısını almaq üçün zəruri tədbirlərin görülməsini tələb edir.
General-mayor Səudiyyə Ərəbistanının öz suverenliyini qorumaq və bu qruplaşmanın qarşısını almaq, eləcə də onun dəhşətli cinayətlərinə son qoymaq üçün operativ tədbirlər görmək kimi ayrılmaz hüququnu qeyd edib.
Oxşar xəbərlər
Husilərin uğuru – qiyamçılar yenidən regionun təhdid mənbəyi kimi - ŞƏRH
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Növbəti köç karvanları Ağdam və Xocavənd şəhərlərinə çatıb, açarlar təqdim edilib
İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













