200 illik tarixi olan Ağbulaq kəndi: Cəmi səkkiz ailə yaşayır
Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Cəlilabad rayonunun Ağdaş inzibati ərazisinə daxil olan Ağbulaq kəndinə səfər edilib.
Kənddə hazırda cəmi səkkiz ailənin yaşadığı bildirilir.
Sakinlərin sözlərinə görə, bir vaxtlar kənddə təxminən 40 ev olub. Lakin yol, məktəb və digər sosial imkanların məhdud olması səbəbindən ailələrin böyük hissəsi başqa ərazilərə köçüb. Hazırda burada məktəb və xəstəxana yoxdur. Xüsusilə qış aylarında yolların palçıq və sürüşkən olması sakinlərin rayon mərkəzinə gedib-gəlməsini çətinləşdirir.
Kənd sakinlərindən Elməddin bəy bildirir ki, Ağbulağa gedən təxminən 8 kilometrlik yolun çətinliyi səbəbindən hətta ev tikmək üçün lazım olan inşaat materiallarını belə çiynində kəndə daşımalı olub.
Ağbulağın tarixinin ən azı 200 il əvvələ gedib çıxdığı qeyd edilir. Kənd sakinlərinin sözlərinə görə, əvvəllər burada 40-a yaxın ev olub və kənddən çoxsaylı alitəhsilli insanlar çıxıb. Lakin iş imkanlarının və yaşayış şəraitinin məhdudluğu gənclərin kənddən köçməsinə səbəb olub.
Ağbulaqda diqqətçəkən məqamlardan biri də sakinlərin bir-biri ilə yaxın münasibətidir. Kənddə az sayda ailə qaldığından insanlar bir-birinin evinə rahat gedib-gəlir, qapılarını isə çox vaxt bağlamırlar. Sakinlərin sözlərinə görə, harada samovar tüstüsü görünürsə, kənddə yaşayanlar oraya toplaşırlar.
Oxşar xəbərlər
Ağbulaq kəndinin tarixi və əhalisi ilə bağlı məlumatlar sənədləşdirilib
Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb
Fərqli inanclar, eyni həyat: cəmi bir azərbaycanlı ailənin yaşadığı Gürcüstanın çoxmillətli kəndindən REPORTAJ
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qubada yol tamamilə çökdü
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
İranın vitse-spikeri: ABŞ ilə heç vaxt qarşılıqlı anlaşma əldə etməyəcəyik
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
Ciqan valideynlikdən məhrum oluna bilər













