Andreas Şleyxer: Şagirdlərin məlumatı qiymətləndirmək və tənqidi düşünmək qabiliyyəti zəifləyir
Şagirdlərin məlumatı qiymətləndirmək, müxtəlif mənbələr arasında əlaqə qurmaq və tənqidi düşünmək qabiliyyəti zəifləyir.
"Report" xəbər verir ki, bunu PISA-nın yaradıcısı Andreas Şleyxer "Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu"na videobağlantı zamanı deyib.
O qeyd edib ki, şagirdlərin məlumatı qiymətləndirmək, müxtəlif mənbələr arasında əlaqə qurmaq və tənqidi düşünmək qabiliyyəti zəifləyir:
"Mütaliə etmək göstəriciləri aşağı düşür və rəqəmsal mütaliəyə doğru meyil artır. Yəni hər hansı bir kitabı vərəqləmək, bir romanı oxumaqdan zövq almaq əvəzinə, sosial şəbəkə lentlərini səthi vərəqləmək daha cəzbedici gəlir. Bu, müasir dünyada ehtiyac duyduğumuz fundamental bacarıqların zəifləməsinə səbəb ola bilər".
A.Şleyxer bildirib ki, PISA məlumatlarına əsasən, mətnləri xülasə etmək kimi tapşırıqlar üçün süni intellekt çatbotlarından istifadə edən şagirdlər bu alətlərdən istifadə etməyənlərlə müqayisədə adətən daha aşağı oxuma nəticələri göstərirlər:
"Bu, xüsusilə dərin idrak proseslərini və daxili motivasiyanı tələb edən işlərdə daha qabarıq görünür. Hər şey süni intellektdən real olaraq necə istifadə edilməsindən asılıdır. Lakin əsas məqam çox sadədir. Biz idman oyunlarına baxmaqla fiziki formaya düşmürük, biz idmanla məşğul olaraq formaya düşürük. Eynilə, öyrənmək də prosesə birbaşa qoşulmaq deməkdir".
O həmçinin əlavə edib ki, süni intellektdən öyrənmənin qısa yolu və ya hazır cavablar almaq vasitəsi kimi deyil, təfəkkürü və öyrənməni gücləndirmək üçün pedaqoji məqsədlərlə istifadə olunan bir alət kimi faydalanmaq lazımdır.
Oxşar xəbərlər
Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər
Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada
Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb
ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılış mərasimi keçirilib
PISA-nın yaradıcısı Azərbaycanın “iqlim savadlılığı” təşəbbüsünü yüksək qiymətləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
İranın vitse-spikeri: ABŞ ilə heç vaxt qarşılıqlı anlaşma əldə etməyəcəyik
-
Kərim Abbasov üzr istədi
-
Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi













