Əməkdar artist illər sonra səhnəyə "Leyli" kimi qayıdır
Far.Az xəbər saytı

Əməkdar artist illər sonra səhnəyə "Leyli" kimi qayıdır


Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva uzun fasilədən sonra səhnəyə sevilən "Leyli" obrazı ilə qayıdır.

BAKU.WS xəbər verir ki, sənətkarın "Leyli"yə dönüşü noyabrın 14-də Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasının Konsert Salonunda baş tutacaq. Azərbaycan klassik vokal sənətinin parlaq simalarından olan Gülüstan Əliyeva bu dəfə də dahi Üzeyir Hacıbəylinin ölməz "Leyli və Məcnun" əsərində Leylinin obrazını canlandıracaq.

Tamaşada "Məcnun" obrazını Əməkdar artist Elnur Zeynalov ifa edəcək. Əsərin musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Gülüstan Əliyevanın uzun illər sonra "Leyli" obrazına qayıdışı həm sənətkarın yaradıcılıq yolunda xüsusi məqam, həm də Azərbaycan opera sənətinin sevənləri üçün əlamətdar hadisə olacaq. Sənətkarın özünəməxsus ifa üslubu və səhnə təcəssümü ilə yadda qalan Leyli obrazına yenidən müraciəti tamaşaçılarda böyük maraq doğurur.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər