İlham Əliyev Malayziyaya səfərə dəvət olunub
Far.Az xəbər saytı

İlham Əliyev Malayziyaya səfərə dəvət olunub


Prezident İlham Əliyev Malayziyaya səfərə dəvət olunub.

"Far.Az" xəbər verir ki, bunu Malayziyanın Azərbaycanda yeni səfiri Aznifah İsnariah Binti Abdul Qani etimadnaməsini dövlət başçısına təqdim edərkən deyib.

Səfir Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin və Baş nazir Ənvər İbrahimin salamlarını, eyni zamanda, Malayziyaya səfərə dəvətlərini dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Malayziya Kralı və Baş nazirinə çatdırmağı xahiş edib.

Dövlət başçısı həmçinin dəvətə görə təşəkkür edərək onu məmnunluqla qəbul etdiyini vurğulayıb.

Prezident İlham Əliyev öz növbəsində Malayziya Kralını və Baş nazirini Azərbaycana səfərə dəvət edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Niderlandın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər