Okan Burukdan Batrakovla bağlı gözlənilməz qərar
Far.Az xəbər saytı

Okan Burukdan Batrakovla bağlı gözlənilməz qərar


Türkiyənin "Qalatasaray" klubunda çıxış edən rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun hücumdakı mövqeyinin dəyişdirilməsi gündəmdədir.

Far.Az xəbər verir ki, baş məşqçi Okan Buruk milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra Batrakovu daha irəli mövqedə oynatmağı planlaşdırır.

Bu barədə Türkiyənin "Fanatik" nəşri məlumat yayıb.

Bildirilir ki, Buruk rusiyalı futbolçunu iki dayaq yarımmüdafiəçisinin - Lukas Torreyra və Qabriel Sara - önündə, "10 nömrə" mövqeyində sınamağı nəzərdən keçirir.

Məşqçi heyətinin bu dəyişikliklə Batrakovun hücum quruculuğundakı imkanlarından, ötürmə bacarığından və rəqib qapısı qarşısındakı təhlükəsindən daha səmərəli yararlanmağa çalışdığı qeyd olunur.

Batrakov "Qalatasaray" forması ilə ilk məhsuldar ötürməsini Türkiyə çempionatının 5-ci turunda "Kocaelispor"a qarşı keçirilən qarşılaşmada edib. Görüşə ehtiyat oyunçular skamyasında başlayan futbolçu 59-cu dəqiqədə Qabriel Saranın əvəzinə meydana daxil olub.

Rusiyalı yarımmüdafiəçi 71-ci dəqiqədə Abdülkərim Bardakçının vurduğu qola məhsuldar ötürmə verib. Qarşılaşma "Qalatasaray"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Sentyabrın 19-da keçirilən 6-cı tur matçında isə İstanbul təmsilçisi "Trabzonspor"a 0:4 hesabı ilə məğlub olub. Batrakov həmin oyuna da ehtiyat oyunçular sırasında başlayıb və 68-ci dəqiqədə meydana çıxıb.

Oxşar xəbərlər

Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Hülya Avşar, Emina Yahoviçlə sevgili olan 61 yaşlı Sadettin Saranın macəra dolu EŞQ HƏYATI
Azərbaycan və Slovakiya prezidentləri Bratislavada "Azadlıq Qapısı" abidəsini ziyarət ediblər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər