Kredit faizləri aşağı salınacaq? - Banklar üçün yeni çıxış yolu
"Kiçik və orta sahibkarlara verilən kreditlərin faizlərinin aşağı salınması istiqamətində dövlət tərəfindən yeni mexanizmlərin hazırlanması mümkündür. Bu məqsədlə müxtəlif təşviq proqramlarının, əlavə faiz güzəştlərinin, eləcə də kreditlərin mərhələli şəkildə ödənilməsi və sahibkarlar üçün ödəniş imkanlarının asanlaşdırılması kimi mexanizmlər tətbiq edilə bilər".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, dünya təcrübəsində bunun müxtəlif nümunələri mövcuddur:
"Azərbaycanda da bu istiqamətdə müəyyən mexanizmlər fəaliyyət göstərir. Belə ki, bəzi kreditlər üzrə faizlərin müəyyən hissəsinin, o cümlədən 50 faizinin dövlət tərəfindən subsidiyalaşdırılması və güzəştli kreditlərin biznes subyektlərinə təqdim edilməsi sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirir.
Bununla yanaşı, son dövrlərdə bankların kredit siyasətində daha ehtiyatlı və mühafizəkar yanaşma müşahidə olunur. Bu, həm ölkə iqtisadiyyatının artım tempi, həm də qlobal iqtisadi risklərlə əlaqəlidir. Bankların kredit verərkən risklərini nəzərə alması təbiidir. Əks halda risklərin düzgün qiymətləndirilməməsi həm bank sektorunda, həm də bütövlükdə iqtisadiyyatda əlavə problemlər yarada bilər.
Lakin mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün daha aşağı faizli kredit xətlərinin yaradılması və geri ödəniş mexanizmlərinin sadələşdirilməsi iqtisadi aktivliyin artırılmasına ciddi töhfə verə bilər. Burada əsas məqsəd yalnız kredit faizlərinin aşağı salınması deyil, eyni zamanda biznesin maliyyəyə çıxış imkanlarının genişləndirilməsi olmalıdır".
AQC sədri əlavə edib ki, bu məsələdə daşınmaz əmlak amili də xüsusi əhəmiyyət daşıyır:
"Azərbaycanda bir sıra kiçik və orta sahibkarların istifadəsində olan, lakin müxtəlif səbəblərdən rəsmi qeydiyyatdan keçməyən tikili və əmlaklar mövcuddur. Əgər bu əmlakların hüquqi statusunun müəyyənləşdirilməsi və qeydiyyata alınması istiqamətində mexanizmlər tətbiq edilərsə, onlar gələcəkdə sahibkarlar üçün girov predmeti kimi istifadə oluna bilər.
Belə bir yanaşma təkcə sahibkarların kredit imkanlarını artırmaz, eyni zamanda ölkədə əmlak reyestrinin genişləndirilməsinə və iqtisadi aktivliyin yüksəldilməsinə şərait yaradar. Buna görə də güzəştlərin yalnız bir istiqamətdə təqdim olunması əvəzinə, bütövlükdə biznes mühitinə və iqtisadi sistemə kompleks yanaşmanın tətbiqi daha məqsədəuyğun olardı.
Burada digər mühüm məsələ biznes kreditlərinin qiymətləndirilməsi mexanizminin dəyişdirilməsidir. Banklar sahibkarın kredit almaq imkanını yalnız onun daşınmaz əmlakının olub-olmaması ilə müəyyən etməməlidirlər. Sahibkarın real biznes fəaliyyəti, gəlirləri, xərcləri, mənfəəti, əvvəlki illərdəki fəaliyyəti və gələcək inkişaf planları da əsas meyarlardan olmalıdır.
Məsələn, sahibkarın son beş il ərzində fəaliyyəti, maliyyə göstəriciləri və qarşıdakı beş il üzrə biznes planı təhlil edilərək onun ödəniş qabiliyyəti qiymətləndirilə bilər. Belə yanaşma real fəaliyyət göstərən, lakin kifayət qədər girov imkanına malik olmayan bizneslərin də maliyyə resurslarına çıxışını asanlaşdıra bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qubada yol tamamilə çökdü
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
Ciqan valideynlikdən məhrum oluna bilər
-
İranın vitse-spikeri: ABŞ ilə heç vaxt qarşılıqlı anlaşma əldə etməyəcəyik













