G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq
Far.Az xəbər saytı

G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq


"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birgə bəyanatında bildirilib.

Ehtiyatların dövriyyəyə buraxılmasına dərhal başlanılacaq və Beynəlxalq Enerji Agentliyi (IEA) vasitəsilə əlaqələndiriləcək. Dizel yanacağının əhəmiyyətli hissəsi ilk 20 gün ərzində G7 ölkələri və onların dövlətlər tərəfindən bazara çıxarılmalıdır.

Liderlər, həmçinin güclərin eyni vaxtda azalmasının qarşısını almaq üçün neft emalı zavodlarının texniki xidmət qrafiklərini əlaqələndirmək və imkan daxilində müəssisələrin yüklənməsini müvəqqəti olaraq artırmaq barədə razılığa gəliblər.

Bundan əlavə, G7 böyük neft emalı güclərinə malik ölkələri neft məhsullarının, ilk növbədə dizel yanacağının istehsalını artırmağa çağırıb.

Qrup ölkələri G7 dövlətləri arasında enerji resursları və enerji məhsullarının ixracına məhdudiyyət qoymamaq öhdəliyini təsdiqləyib və digər istehsalçıları da bu cür qadağalardan çəkinməyə çağırıb.

Oxşar xəbərlər

İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər