Velosiped və skuterlərlə bağlı YENİ TƏKLİF: Tələbələrə güzəşt edilə bilər
Far.Az xəbər saytı

Velosiped və skuterlərlə bağlı YENİ TƏKLİF: Tələbələrə güzəşt edilə bilər


Son dövrlərdə Azərbaycanda, xüsusilə Bakıda skuter və velosipeddən istifadə edənlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur.

Far.Az-in məlumatına görə, bu nəqliyyat vasitələri artıq insanlar üçün sadəcə alternativ deyil, qısa məsafələrdə hərəkət və tıxacdan yayınmaq baxımından real seçimə çevrilməyə başlayıb.

Bəs qiymətlər necə vətəndaşları qane edir? Bu sahədə hansı dəyişikliklərə ehtiyac var?

Nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, hazırda velosiped və skuter icarəsi bazarı hələ yeni formalaşır:

Velosiped və skuterlərlə bağlı YENİ TƏKLİF: Tələbələrə güzəşt edilə bilər

"Bazarda məhdud sayda operatorun olması gələcəkdə yeni oyunçuların meydana çıxması üçün imkan yaradır. Növbəti illərdə rəqabətin artması xidmətlərin qiymətlərinə də təsir göstərə bilər. Lakin əsas məsələ mikromobilliyə olan tələbin artıq sürətlə böyüməsidir. Xüsusilə son bir ildə bu istiqamətdə ciddi artım müşahidə olunur.

İnsanlar artıq mikromobilliyi şəhər daxilində hərəkət üçün ciddi alternativ kimi qəbul etməyə başlayıblar. Bunun əsas səbəblərindən biri qısa məsafələri tıxaclara düşmədən daha sürətli qət etmək imkanının yaranmasıdır. Lakin istifadəçilərin sayı artdıqca təhlükəsizlik və infrastruktur məsələlərinə də daha ciddi diqqət yetirilməlidir.

Velosiped və skuterlər üçün nəzərdə tutulan zolaqların zəbt edilməsi, infrastrukturun yetərli olmaması və digər risklər bu sahənin inkişafına mənfi təsir göstərə bilər. Əgər insanlar mikromobilliyə yönəlirsə, onların təhlükəsiz və rahat hərəkəti üçün lazımi şərait də yaradılmalıdır. Əks halda hazırda formalaşan müsbət dinamikanın qarşısı müəyyən qədər alına bilər".

Velosiped və skuterlərlə bağlı YENİ TƏKLİF: Tələbələrə güzəşt edilə bilər

Ekspert qeyd edib ki, bu gün nəqliyyat davranışında da dəyişiklik müşahidə olunur:

"İnsanlar tədricən yalnız şəxsi avtomobil və taksidən deyil, avtobus və mikromobillik vasitələrindən də istifadə etməyə başlayırlar. Növbəti mərhələdə isə piyada səkilərinin, velosiped yollarının və digər infrastruktur elementlərinin əlçatanlığı xüsusi əhəmiyyət daşıyacaq.

Digər mühüm məsələ dayanacaqların sayının və əlçatanlığının artırılmasıdır. Artıq bəzi hallarda şəhərin mərkəzində müəyyən dayanacaqlarda velosipedlərin qalmadığı barədə məlumatlar yayılır. Bu isə özlüyündə tələbin artdığını göstərən göstəricilərdən biridir. Deməli, mövcud infrastruktur yeni yaranan tələbatı tam qarşılamaya bilər və onun genişləndirilməsinə ehtiyac var.

Burada cəmiyyətin də fəallığı vacibdir. Vətəndaşlar rəsmi kanallar və mövcud müraciət imkanları vasitəsilə harada yeni velosiped və skuter dayanacaqlarına, harada əlavə zolaqlara ehtiyac olduğunu bildirə bilərlər. Belə müraciətlər şəhər nəqliyyatı üzrə prioritetlərin müəyyənləşdirilməsində də faydalı ola bilər".

Velosiped və skuterlərlə bağlı YENİ TƏKLİF: Tələbələrə güzəşt edilə bilər

R.Ağamirzəyev vurğuayıb ki, mikromobilliyə tələbat artdıqca tələbələr üçün xüsusi güzəştlərin tətbiq edilməsi də məqsədəuyğun olardı:

"Xüsusilə universitetlərin və tələbə axınının yüksək olduğu "28 May" və "Elmlər Akademiyası" metro stansiayaları ətrafında belə güzəştlər onların nəqliyyat xərclərinin azalmasına kömək edə bilər. Bir neçə nəqliyyat növündən istifadə edən tələbələr üçün bu məsələ daha da əhəmiyyətlidir.

Ümumilikdə, ictimai nəqliyyatda mərhələli şəkildə yeni ödəniş və tarif mexanizmlərinə keçid də sərnişinlərin xərclərinin optimallaşdırılmasına xidmət edə bilər. Məsələn, 90 dəqiqəlik bilet modelinin tətbiqi bir səfər çərçivəsində bir neçə nəqliyyat vasitəsindən istifadə edən şəxslər üçün əlavə imkanlar yarada bilər. Lakin bu proses mərhələli şəkildə həyata keçirilir və hazırda nəqliyyat xətləri üzrə axınların tənzimlənməsi, avtobuslarda yüklənmənin azaldılması kimi məsələlər də gündəmdədir.

Mikromobillik operatorlarının, xüsusilə tələbələr üçün güzəştli tariflər tətbiq etməsi isə çox müsbət addım olardı. Bu, həm tələbələrin nəqliyyat xərclərini azaltmağa, həm də mikromobilliyin şəhər nəqliyyat sistemində daha geniş istifadə olunmasına şərait yarada bilər".

Orxan Hüseyn

Oxşar xəbərlər

Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər