Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirilib
Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirilib.
Bu barədə "Far.Az"a Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib.
Bildirilib ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası" mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə 16 ölkəni təmsil edən 50-dən çox nümayəndə - qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində tanınmış mütəxəssislər, qayıdış hüququ üzrə ixtisaslaşmış ekspertlər, eləcə də etnik mənsubiyyətinə görə zorakılıq, ayrı-seçkilik və təqib təcrübəsi yaşamış diaspor təşkilatlarının, həmçinin zərərçəkmiş icmaların təmsilçiləri və BMT ekspertləri iştirak ediblər.
Konfransda indiki Ermənistan ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz yurdlarına qayıtmasının təmin edilməsi, habelə tarixi ədalətin bərpası üçün zəruri hüquqi addımların atılması və bu məsələnin beynəlxalq təşkilatların diqqətində saxlanılması ətrafında müzakirələr aparılıb.
Qayıdış prosesinin beynəlxalq təşkilatların nəzarəti altında, təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsi, zəmanət mexanizmlərinin tətbiqi, hüquqi baxımdan məcburi xarakter daşıyan beynəlxalq razılaşmanın əldə edilməsi, beynəlxalq monitorinqin həyata keçirilməsi və s. istiqamətlər diqqət mərkəzində saxlanılıb.
Konfrans zamanı azərbaycanlıların etnik təmizləməyə məruz qalması, mədəni və dini abidələrə qarşı törədilmiş vandalizm aktlarını özündə ehtiva edən qısametrajlı sənədli film nümayiş etdirilmişdir.
Konfrans zamanı BMT-nin Afrika mənşəli şəxslər üzrə Daimi Forumunun (PFPAD) keçmiş sədri, səfir June Soomer, Beynəlxalq Zikh Federasiyasının Baş Hüquq məsləhətçisi Prabjot Singh Wirring, İdarəçilik üzrə beynəlxaq ekspert Karlayl Korbin və müstəmləkəçilik ərazilərinin nümayəndələri çıxış etmişlər. Onlar öz çıxışlarında Azərbaycanlıların qayıdış hüquqlarını tanıdıqlarını və beynəlxalq təşkilatları bu mövzuya diqqət ayırmalı olduğunu bildiriblər.
Tədbir iştirakçəları indiki Ermənistan ərazisində Azərbaycanlılara məxsus tarixi, mədəni və dini abidələrin qəsdən dağıdılması və erməniləşdirilməsinə etiraz əlaməti olaraq aksiya keçiriblər.
Tədbirin sonunda xüsusi məruzəçinin təyin edilməsi ilə bağlı BMT rəhbərliyinə müraciət qəbul edilib.
Xatırladaq ki, indiki Ermənistan ərazisindəki Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irs, o cümlədən toponimlər, məscidlər, qəbiristanlıqlar, ziyarətgahlar və digər abidələr sistemli şəkildə dağıdılmış, təhqir olunmuş və mənimsənilmişdir. Bununla yanaşı, tarixi ərazilərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının fundamental hüququ - öz tarixi torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququ hələ də təmin edilməmiş olaraq qalır. Bu vəziyyət, əslində, mövcud beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. Belə ki, 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası kimi qəbul edilmiş beynəlxalq hüquqi sənədlər, eləcə də Dayton Sazişinin 7-ci Əlavəsi kimi beynəlxalq hüquq praktikasında formalaşmış presedentlər artıq qayıdış hüququnun həyata keçirilməsini təmin edəcək normativ və praktiki əsas yaradır.
Baku Initiative Group at the UNGA again.
— Baku Initiative Group (@bakuinitiative) September 28, 2026
Topic: “Right of Return and Decolonization: Restoration of Delayed Historical Justice”@UN#BakuInitiativeGroup #UNGA #RightOfReturn #Decolonization #HistoricalJustice pic.twitter.com/ZA9IiRnWsL
June Christine Marie SOOMER:
— Baku Initiative Group (@bakuinitiative) September 28, 2026
Reparations must be adequate, effective, and prompt, and proportionate to the gravity of the violations and the harm suffered.
* * *
Wirring Prabjot Singh:
The right of return is not only about crossing physical borders. It is about ensuring that… pic.twitter.com/x2ZDl8ZuXG
The conference concluded with a peaceful public demonstration by participants.#RightOfReturn #Reparations #decolonization #HistoricalJustice #humanrights pic.twitter.com/RGcrZwP9Ub
— Baku Initiative Group (@bakuinitiative) September 28, 2026
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı
-
Fransua Olland prezident seçkilərində iştirakını istisna etməyib
-
Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE
-
Jurnalist Əvəz Zeynallı vəfat etdi
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib













