637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə "İstək" MMC-nin sabiq vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, məhkəmə təqsirləndirilən Ceyhun Səfərovun ifadəsi ilə davam edib.
O, məhkəmədə ittihamda göstərilən bəzi məbləğlərlə bağlı etirazını bildirib.
"Qeyd edim ki, 47 052 manat mənimsəmə faktı müəyyən edilə bilməyib. Bununla bağlı heç bir sənəd məhkəmə ekspertizasına təqdim edilməyib. Mənə çox maraqlıdır ki, "Kapital Audit" həmin 47 052 manat mənimsəmə faktını necə müəyyən edib? Bu sənədlər elektron portalda var, məhkəmə mühasibatlıq ekspertizası bunu asanlıqla yoxlaya bilər", - deyə C.Səfərov bildirib.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ildə şirkətlə əməkdaşlığını başa çatdırıb. Onun sözlərinə görə, ittihamda göstərilən bəzi epizodlar isə 2023-cü ilin yanvarından sonrakı dövrə aiddir.
C.Səfərov məhkəmədə saxta qəbzlərlə bağlı ekspertiza rəyinə də toxunub:
"Məhkəmə mühasibatlıq ekspertizası bildirir ki, işdə olan saxta qəbzlərlə bağlı onlara heç bir sənəd təqdim edilməyib. Ona görə də 80 270 manat məbləğində mənimsəmə faktını qəbul edə bilmirik".
O bildirib ki, hesabatları Fərid və Soltan hazırlayıb və həmin sənədlərdə gömrük ödənişləri və digər xərclər qeyd olunaraq şirkətin rəsmi təsisçisi Hüseyn müəllimə göndərilib.
"Hüseyn müəllimin özü də həmin sənədləri Soltanın ona verdiyini etiraf edib", - deyə C.Səfərov əlavə edib.
İş üzrə digər təqsirləndirilən Fərid Ələkbərov isə ona qarşı irəli sürülən ittihamları qismən qəbul etdiyini bildirib.
"Mən ancaq 40 min manat vəsaiti mənimsəməyimi qəbul edirəm. Məni mühasib kimi işə götürsələr də, ştatda yox idim. Əməkhaqqılarını mən idarə edirdim. Lakin qalan pulların hesablaşmalarla heç bir əlaqəsi olmayıb", - deyə F.Ələkbərov məhkəmədə bildirib.
Məhkəmə prosesi oktyabrın 20-də saat 16:30-da davam etdiriləcək.
Xatırladaq ki, "İstək" MMC-nin vəzifəli şəxsləri olduğu bildirilən Ceyhun Səfərov, Soltan Rəsulov və Fərid Ələkbərov şirkətin 637 min manat pulunu saxta köçürmələr vasitəsilə mənimsəməkdə ittiham olunurlar.
Onlara Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (pul vəsaitlərinin leqallaşdırılması), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci və 320.2-ci (saxta sənədlərin hazırlanması və onlardan istifadə) maddələri ilə ittiham elan edilib.
İstintaq əvvəl Binəqədi Rayon Prokurorluğunda aparılıb, daha sonra Nərimanov Rayon Prokurorluğuna göndərilib.
Ceyhun Səfərov və Soltan Rəsulov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, digər təqsirləndirilən Fərid Ələkbərov barəsində isə qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycanda auditin yeni missiyası: Etimad yaradan strateji tərəfdaşlıq modeli - ARAŞDIRMA
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb
-
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb
-
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub













