Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəlib - YENİLƏNİB
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda rusiyalı Ayub Bliyevi mübarizədən kənarlaşdırıb.
O, yarımfinalda çinli Yunq Vey Yanqla qarşılaşacaq.
Ə. Yusifov daha əvvə 1/8 finalda hindistanlı Harş Sinhi, 1/16 finalda isə monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub etmişdi.
Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb.
"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda hindistanlı Harş Sinhi məğlub edib.
Ə.Yusifov 1/4 finalda rusiyalı Ayub Bliyevlə üz-üzə gələcək.
Azərbaycan idmançısı daha əvvəl 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub etmişdi.
Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub edib.
Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.
Oxşar xəbərlər
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov ikinci qələbəsini qazanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
Avropa çempionatı: Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB-12
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
-
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
-
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
-
Moldovanın hava məkanını daha bir PUA pozub
-
Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB













