"AccessBank"ın tərəfdaşlığı ilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirilib
Xankəndi şəhərində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirilib. Forum AccessBank-ın tərəfdaşlığı, "Karabakh Training Center" və "World" Təhsil və İnkişaf platformasının təşkilatçılığı ilə həyata keçirilib.
"ÖyrədənSƏN" devizi ilə baş tutan forumun əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə təhsilin inkişafına dəstək olmaq, müasir və innovativ yanaşmaları təşviq etmək və regionda təhsil mühitinin formalaşmasına töhfə verməkdir.
Tədbirdə ölkənin müxtəlif bölgələrindən əməkdar müəllimlər, təhsil ekspertləri, dövlət qurumlarının nümayəndələri və təhsil ictimaiyyətinin digər üzvləri iştirak ediblər.
Tədbirin rəsmi hissəsində Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Xasay Cahangirov, Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov, Qarabağ Universitetinin nümayəndəsi və digər qonaqlar çıxış ediblər. Çıxışlarda işğaldan azad olunmuş ərazilərdə insan kapitalının inkişafı, müəllim əməyinin rolu və qiymətləndirilməsi, regionun sosial-iqtisadi inkişafını dəstəkləyən güzəşt və azadolmalar, eləcə də təhsil sahəsində innovativ layihələrin həyata keçirilməsi məsələlərinə toxunulub.
Forum təhsil sahəsində çalışan peşəkarların təcrübə mübadiləsi aparması, yeni yanaşmaları müzakirə etməsi və Qarabağda təhsilin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparması üçün platforma yaradıb.
Təhsilin inkişafını və insan kapitalına sərmayəni uzunmüddətli inkişafın əsas istiqamətlərindən biri kimi qiymətləndirən "AccessBank" müxtəlif layihə və təşəbbüslər vasitəsilə bu sahəyə dəstəyini davam etdirir. Bankın "VətəndəSƏN" II Qarabağ Təhsil Forumuna tərəfdaşlığı da Qarabağda təhsil mühitinin inkişafına, müəllimlərin təcrübə mübadiləsinə və regionun insan kapitalının gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-i bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə www.accessbank.az müraciət edə bilərsiniz.
"AccessBank" QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
-
Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi
-
Messinin Argentina millisində son oyunu bəlli oldu













