İşğal dövründə Ermənistan Azərbaycana məxsus 7 filiz, 39 qeyri-filiz yatağını qanunsuz istismar edib
İşğal dövründə Azərbaycana məxsus 7 filiz, 39 qeyri-filiz yatağında Ermənistan tərəfindən qanunsuz istismar faktları qeydə alınıb.
"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva "Environmental Protection First" QHT Koalisiyasının "Ermənistan ərazisində həyata keçirilən dağ-mədən sənayesi fəaliyyətlərinin ətraf mühitə təsiri" mövzusunda keçirdiyi brifinqdə deyib.
O bildirib ki, 2009-2017-ci illərdə qanunsuz metal istismarından İsveçrə qeydiyyatlı "Vallex qrup" və "Base Metals" kimi şirkətlər 177,5 milyon dollar mənfəət əldə ediblər:
"Onlar bununla qanunsuz işğalı maliyyələşdiriblər. Ermənistan tərəfi istismar edilən qızıl və misdən, qırılan ağaclardan 100 milyonlarla dollar gəlir əldə edibsə, onun sülh masasında razılığa gəlmək üçün hansı motivi ola bilərdi? Heç bir motivi yox idi. Sülh onlar üçün bizneslərinin bağlanması demək idi. Sülh danışıqlarının 20-30 il uzanmasının başlıca səbəblərindən biri də bu idi. Sülh bərqərar edilsəydi, o zaman mədənlərdəki fəaliyyətləri dayanacaqdı, pulsuz kömür, su resursları əldən çıxacaqdı. Münaqişəni dondurub saxlamaq onlar üçün çox sərfəli biznes modelinə çevrilmişdi".
P.Vəliyeva qeyd edib ki, Ermənistanın bu fəaliyyətləri nəticəsində regionda fəsadları əsrlərlə davam edəcək ekoloji fəlakət törədilib:
"Mədənlərin tükənənədək vəhşicəsinə qazılmasını, mis mədənlərinin aqressiv istismarını və qrunt sularının zəhərli tullantılarla zəhərlənməsi kimi zərərləri artıq hüquqla qarşılaya bilmərik. Qırılan nadir qoz və palıd ağaclarının bərpasına bəlkə də yüzilliklər lazımdır. Təbiətə vurulan bu qalıcı yaralar gec sağalır. Bu, bütün bəşəriyyəti düşündürməli olan ekoloji presedentdir".
Oxşar xəbərlər
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
-
Messinin Argentina millisində son oyunu bəlli oldu
-
Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi













