Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır
Far.Az xəbər saytı

Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır


Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı "Royal Məmmədov" yük gəmisinin Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə PUA hücumuna məruz qalması ilə bağlı yeni detallar məlum olub.

Far.Az "BakuPost"a istinadən xəbər verir ki, gəminin heyəti ümumilikdə 13 nəfərdən ibarət olub. Onlardan 11-i Azərbaycan, 2-si isə Hindistan vətəndaşıdır.

Məlumata görə, gəmiyə iki PUA ilə hücum edilib. Dronlardan biri gəminin kapitan körpüsünə - idarəetmə məntəqəsinə, digəri isə mətbəx hissəsinə zərbə endirib.

Hücum nəticəsində gəminin kapitanı və aşpazı həlak olub. Kapitanın adının Rüstəm olduğu bildirilir.

Onun meyitini gəmidən çıxarmaq mümkün olsa da, Masallı sakini olan aşpazın meyiti zərbə alan və daha sonra batan gəmidə qalıb.

Hadisə zamanı xəsarət alan heyət üzvlərindən 8-i hazırda xəstəxanada müalicə olunur. Digər heyət üzvləri isə ilkin tibbi müayinədən sonra xəstəxanadan buraxılıblar.

Oxşar xəbərlər

Azov dənizində gəmiyə dron hücumunda həlak olan Fuad Orucov Xaçmazda dəfn edilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
"Qarabağ" futbolçuları İtaliyaya yola düşüblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər