Hakan Fidan: Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı işlər son mərhələdədir
Far.Az xəbər saytı

Hakan Fidan: Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı işlər son mərhələdədir


Türkiyənin xarici işlər naziri Hakan Fidan Məkkə Birgə Müdafiə Sazişinin institusionallaşdırılması istiqamətində aparılan işlərin son mərhələyə çatdığını bildirib.

"Far.Az" "TRT Haberə" istinadən xəbər verir ki, Hakan Fidan bu barədə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Məkkə Birgə Müdafiə Sazişi üzrə Strateji Siyasi və Müdafiə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, iclas zamanı katibliyin strukturu, yeni baş katibin təyin olunması və təsdiqlənməsi, eləcə də sazişin institusionallaşdırılması ilə bağlı digər məsələlər müzakirə edilib: "İmzalanan Məkkə Müdafiə İttifaqı Sazişinin institusionallaşdırılması üçün çoxlu işlər görülüb. Şükür ki, bu işlərin də sonuna gəlmişik".

Türkiyəli nazir Yəmən və Səudiyyə Ərəbistanı arasındakı problemin sülh və dialoq yolu ilə həlli üçün mümkün addımların da müzakirə edildiyini söyləyib: "Səudiyyə Ərəbistanının bu problemin həllinə münasibətdə həqiqətən konstruktiv yanaşması var. Bunu bir daha dinləmək imkanımız oldu. Biz də bəzi fikirlərimizi bölüşdük"

H.Fidan Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlunun hərbi, əməliyyat və texniki məsələlərlə bağlı səmərəli təkliflər irəli sürdüyünü qeyd edib.

"Biz həm hərbi, texniki və institusional baxımdan nələrin edilə biləcəyini, hara getdiyimizi, həm də Məkkə Müdafiə İttifaqının institusionallaşdırılması ilə yanaşı, hazırda qarşımızda duran problem sahəsi ilə bağlı nələrin edilə biləcəyini müzakirə etdik. Səmərəli gün oldu", - nazir əlavə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər