Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
Prezident İlham Əliyevin cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakı Azərbaycan idmanına göstərilən yüksək diqqət və qayğının, ölkədə cüdoya verilən xüsusi önəmin bariz göstəricisidir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında yazıb.
"Bakıda cüdo üzrə dünya çempionatının rəsmi açılış mərasimi keçirildi. Prezident İlham Əliyevin mərasimdə iştirakı Azərbaycan idmanına göstərilən yüksək diqqət və qayğının, ölkəmizdə cüdoya verilən xüsusi önəmin bariz göstəricisidir. Dünya cüdo ailəsini yenidən Bakıda salamlamaqdan böyük məmnunluq duyur, bütün idmançılarımıza parlaq qələbələr arzulayıram!", - ACF rəhbəri vurğulayıb.
Xatırladaq ki, ötən gün Bakıda start götürən cüdo üzrə dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
Bakıda cüdo üzrə dünya çempionatının rəsmi açılış mərasimi keçirildi. Prezident İlham Əliyevin mərasimdə iştirakı Azərbaycan idmanına göstərilən yüksək diqqət və qayğının, ölkəmizdə cüdoya verilən xüsusi önəmin bariz göstəricisidir. Dünya cüdo ailəsini yenidən Bakıda salamlamaqdan böyük məmnunluq duyur, bütün idmançılarımıza parlaq qələbələr arzulayıram!
— Rashad Nabiyev (@RashadNNabiyev) October 5, 2026
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
-
Merve Özbey səhnədən yıxıldı - Qolu sındı
-
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı













