Bakıda yaşayış binasında güclü yanğın olub
Hadisə ilə bağlı BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onmərtəbəli yaşayış binasında baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 143 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə və
şaxtasında 15 p.m elektrik kabeli yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Xəsarət alan olmayıb.
***23:15
Bakının Nərimanov rayonu ərazisində yanğın baş verib.
Hadisə şahidlərinin BAKU.WS-in "qaynar xətti"nə verdikləri məlumata görə, hadisə "Gənclik" metrostansiyası yaxınlığında yerləşən yaşayış binalarının birində baş verib.
Hadisənin görüntülərini təqdim edirik.
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Binəqədidə güclü yanğın tam söndürülüb - YENİLƏNİB-4
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
Merve Özbey səhnədən yıxıldı - Qolu sındı
-
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı
-
Norveç səfiri "Starlink" peyklərinə görə İran XİN-ə çağırılıb
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliya, Fransa isə Belçika ilə üz-üzə gələcək
-
WSJ: ABŞ bütün bombardmançı təyyarələrini "Ferford" bazasından çıxarıb













